Avropa Komissiyası Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruri olub-olmaması ilə bağlı konkret mövqe bildirməkdən yayınıb.
Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə Ukraynada seçkilərin keçirilməsi məsələsinə münasibət bildirərkən bunun Kiyevin qərarı olduğunu deyib.
“Hazırda konstitusion şərtlərin necə olduğunu müəyyən etmək bizə aid deyil. Bu qərarı Ukraynanın özü verməlidir”, - deyə Hipper bildirib.
Aİ-nin bu mövqeyi Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun prezident Vladimir Zelenskinin legitimliyini itirdiyi və ölkədə seçkilərin keçirilməsinin vacibliyi barədə açıqlamasından sonra səsləndirilib.
Kiyev isə keçmiş nazirin seçkilərin keçirilməsini təklif etmək hüququnun olmadığını bildirib.
Qeyd edək ki, Kreml də Ukraynada seçkilərin keçirilməsini zəruri hesab edir. Rusiya tərəfinin mövqeyinə görə, Zelenskinin legitimliyi ilə bağlı suallar mövcuddur və Ukrayna ilə sülh müqaviləsi yalnız legitim hökumətlə imzalana bilər.
Mənbə: publika.az