NATO-nun Estoniya və Latviyanın hava məkanında uçuş həyata keçirən “Bombardier ARTEMIS II” kəşfiyyat təyyarəsi Rusiya sərhədinə yaxınlaşıb.
Bu barədə "FlightRadar 24" xidmətinin yaydığı məlumatda deyilir.
Təyyarə Rumıniyanın Konstanta şəhəri yaxınlığında yerləşən aviabazadan havaya qalxıb. Saat 12:00-da o, Estoniya və Latviya hava məkanında dövrə vurmağa başlayıb. Hava gəmisinin uçuşu hələ də davam edir.
Təyyarənin marşrutu həmçinin Baltik dənizi yaxınlığından keçir. Bununla yanaşı, hava gəmisinin təyinat məntəqəsi monitorinq xidmətlərindən gizlədilib.
Hüseyn İbadlı
Mənbə: publika.az