Özbəkistanda İlham Əliyevin dronlarla portreti - VİDEO

Özbəkistanda İlham Əliyevin dronlarla portreti - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23-24 avqust tarixlərində Özbəkistana dövlət səfəri gözlənilir.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Artıq Özbəkistanın paytaxtı Daşkənddə dövlətimizin başçısının səfərinə hazırlıq işləri başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən paytaxt meydanlarında hündürmərtəbəli binalar Azərbaycanın üçrəngli bayrağı ilə işıqlandırılıb.

Həmçinin Azərbaycan Prezidentinin səfəri münasibətilə genişmiqyaslı dron şousu təşkil edilib. Göy üzündə yüzlərlə dron vasitəsilə prezidentlərin portretləri və iki ölkənin bayraqları nümayiş etdirilib.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq səfər çərçivəsində İlham Əliyev Ali Dövlətlərarası Şuranın üçüncü iclasına qatılacaq.

Mənbə: unikal.az