"Türkiyə tankları İsrail sərhədlərinə doğru..." – İsrail Kəşfiyyatı səksəkədə

"Türkiyə tankları İsrail sərhədlərinə doğru..." – İsrail Kəşfiyyatı səksəkədə

İsraildə Türkiyənin Suriya və Şərqi Aralıq dənizində hərbi mövcudluğunu genişləndirməsi ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Bu barədə “The Jerusalem Post”da dərc olunan məqalədə yüksək vəzifəli İsrail kəşfiyyat rəsmisinin xəbərdarlığına istinad edilib.

İsrail kəşfiyyat rəsmisinin sözlərinə görə, İsrail Suriya və Şərqi Aralıq dənizində konkret qırmızı xətlər müəyyən etməsə, Türkiyə ordusu və donanması İsrailin şimal sərhədləri və sahil sularına yaxın ərazilərdə mövcudluğunu genişləndirməyə davam edə bilər.

“İsrail özünü Colan yüksəkliklərində Türkiyə tankları və Qeysəriyyə sahillərində Türkiyə freqatları ilə üz-üzə görə bilər”, – deyə İsrail rəsmisinin xəbərdarlığında bildirilir.

“The Jerusalem Post” yazır ki, bu xəbərdarlıq İsrailin 2025-ci il Nagel Komissiyasının hesabatında Türkiyə ilə bağlı səsləndirilən narahatlıqlarla səsləşir. Hesabatda İsrailin Ankara, eləcə də Türkiyə ilə yaxın münasibətlərdə olan Suriya qüvvələri ilə mümkün birbaşa qarşıdurmaya hazırlaşmalı olduğu bildirilmişdi.

Məqalədə Türkiyənin Suriyadakı hərbi təsirinin genişlənməsi və Şərqi Aralıq dənizində güclü donanmaya malik olması İsrail üçün əsas narahatlıq mənbələrindən biri kimi göstərilir.

Musavat.com

Mənbə: musavat.com