Ermənistanın sabiq prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan ölkənin Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
Bu barədə məlumatı “Ermənistan” fraksiyasına istinadən “24news” portalı yayıb.
Bununla yanaşı, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Koçaryanın oğlu və “Ermənistan” fraksiyasının deputatı Levon Koçaryanın evində axtarış aparılıb.
***
R.Koçaryanın Ofisinin rəhbəri Baqrat Mikoyan keçmiş prezidentin saxlanıldığını açıqlayıb.
Onun sözlərinə görə, Robert Koçaryan Antikorrupsiya Komitəsinə aparılıb.
***
Ermənistan Antikorrupsiya Komitəsinin məlumatına əsasən, eks-prezidentlə yanaşı onun böyük oğlu Sedrak Koçaryan da saxlanılıb.
Mənbə: qafqazinfo.az