Ermənistan parlamentinin spikeri Ruben Rubinyan bütün ermənilərin katolikosu II Qareginlə bağlı sərt açıqlama verib.
Rubinyan parlament iclasında II Qaregini “mənim katolikosum deyil” deyərək istefaya çağırıb. O bildirib ki, növbəti katolikos hakimiyyətin və ya “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi olmamalıdır.
“O, mənim katolikosum deyil. O, bütün ermənilərin katolikosu deyil”, - deyə Rubinyan bildirib.
Parlament spikeri növbəti katolikosun hamı tərəfindən qəbul edilən şəxs olmasını istəyib. O, həmçinin kilsədə subaylıq qaydalarının dəyişdirilməsini təklif edib:
“Qoy qaydaları dəyişsinlər və subaylıq andından imtinanı rəsmiləşdirsinlər. Qoy onların uşaqları olsun”.
Rubinyanın bu sözləri Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasındakı gərginliyin fonunda səslənib.
Müəllif: Adəm
Mənbə: publika.az