Bu dron ukraynalıların baş ağrısına çevrildi - Ruslar ona "Knyaz Vandal" deyirlər

Bu dron ukraynalıların baş ağrısına çevrildi - Ruslar ona "Knyaz Vandal" deyirlər

"Knyaz Vandal Novqorodski" xüsusi hərbi əməliyyat zonasında (SVO-Rusiyanın Ukrayna müharibəsinə verdiyi ad-red.) istifadə edilən ən uğurlu Rusiya dronudur".

Bunu "Uşkuynik" Elmi-İstehsalat Mərkəzinin baş direktoru Aleksey Çadayev TASS-a açıqlamasında bildirib.

O, ukraynalılara çətin anlar yaşadan rus dronunu ağız dolusu tərifləyib: "Knyaz Vandal" hazırda Rusiya Silahlı Qüvvələrində istifadə olunan ən təsirli, nəticə verən aparatdır. Bunu rəqəmsal statistik məlumatlar da təsdiqləyir".

Qeyd edilib ki, statistikalar dronun yaradılması xərclərini və vurduğu ziyana nəzərən hesblanır. Nəticədə, xərclənən hər rublun qarşılığında 40 rublluq nəticə ortaya qoyulur. "Uşkuynik" Elmi-İstehsalat Mərkəzinin baş direktorunun sözlərinə görə, "Knyaz Vandal Novqorodski" Ukraynanın on milyardlarla dollar dəyərində zirehli texnikalarını məhv edib.

Xatırladaq ki, bu drondan ilk dəfə 2024-cü ilin avqust ayında Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu zamanı döyüş şəraitində sınaqdan keçirilib. Pilotsuz aparatın seriyalı istehsalına 2025-ci ilin yanvar ayında Velikiy Novqorodda başlanılıb. "Knyaz Vandal Novqorodskiy" adı verilən dron termal görüntüləmə sayəsində düşmənə təkcə gündüz deyil, həm də gecə hücum edə bilir.

Müəllif: Tural

Mənbə: publika.az