Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi

Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib.

Bununla bağlı məktub Kremlin saytında dərc edilib.

"Hörmətli Aleksandr Qriqoryeviç, sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq və dövlət idarəçiliyində uğurlar arzulayıram", - deyə teleqramda bildirilir.

Putin təbrik müraciətində Lukaşenkonun uzun illərdir Belarusun sosial-iqtisadi inkişafına töhfə verdiyini və beynəlxalq arenada onun maraqlarını qoruduğunu qeyd edib. Rusiya lideri həmçinin Lukaşenkonun iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəni də xüsusi vurğulayıb.

Putin Rusiya və Belarus arasında çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də Avrasiya regionunda inteqrasiya proseslərinin irəliləməsi üçün dostcasına ünsiyyətin və konstruktiv birgə işin davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Aleksandr Lukaşenko bu gün 72 yaşını qeyd edir.

Müəllif: Tural

Mənbə: publika.az