Sahibə Qafarova Belqradda mühüm konfransda iştirak edir

Sahibə Qafarova Belqradda mühüm konfransda iştirak edir

Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının ilk konfransının 65-ci ildönümü qeyd olunur.

"Report"a istinadən xəbər verilir ki, Serbiya Sarayında keçirilən yüksək səviyyəli kommemorativ görüşdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

O, Qoşulmama Hərəkatının hazırkı Troykasının üzvü olan Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edir.

Görüşdə Qoşulmama Hərəkatının tarixi irsi, onun əsas prinsipləri və müasir beynəlxalq münasibətlər sistemində rolu müzakirə edilir.

Mənbə: publika.az