“Mossad”ın İrana qarşı “Çəkməli pişik” planı - Görün, kimi hakimiyyətə gətirəcəkdilər

“Mossad”ın İrana qarşı “Çəkməli pişik” planı -

İsrailin “Channel 13” telekanalı “Mossad”ın İran hökumətini devirməyə yönəlmiş gizli planının təfərrüatını açıqlayıb.

Məlumata görə, “Puss in Boots” (Çəkməli pişik) kod adlı plan “Mossad”ın keçmiş rəhbəri David Barneanın rəhbərliyi ilə hazırlanıb.

Plan çərçivəsində minlərlə kürd döyüşçünün İsraildə təlim keçməsi və İran ərazisinə silahlı quru müdaxilə həyata keçirməsi nəzərdə tutulub. Strategiyaya kürdlərin yaşadığı region boyunca genişmiqyaslı hava zərbələrinin endirilməsi ilə İran ərazisinə keçid dəhlizi yaratmaq və bunun ardınca ölkə daxilində hökumətə qarşı üsyanları təşviq etmək daxil olub.

Məlumata əsasən, “Mossad”ın qapalı müzakirələrində İranın keçmiş prezidenti Mahmud Əhmədinejad rejimin süqutundan sonra ölkəyə rəhbərlik edə biləcək potensial namizəd kimi nəzərdən keçirilib. O, “Dost” kod adı ilə qeyd olunub.

Ancaq planın həyata keçirilməsi prosesində daha əvvəl planı dəstəkləyən ABŞ-ın mövqeyinin dəyişdiyi bildirilir. Vaşinqton əməliyyat başladıqdan bir neçə gün sonra kürd qüvvələrinin İran ərazisinə daxil olmasının dayandırılmasını tələb edib. Bununla da plan uğursuz olub

İsrail rəsmiləri ABŞ-ın qərarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatik təzyiqi və ABŞ vitse-prezidenti Cey Di Vensin daxili təzyiqi ilə əlaqələndirib.

Müəllif: Roza

Mənbə: publika.az