Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Ukrayna dənizə çıxış imkanını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya hərbçilərinin hücumları Ukraynanın ixracatının əvvəllər 90%-ni təmin edən dəniz limanlarının fəaliyyətini faktiki olaraq dayandırıb.
Məqalədə bildirilir ki, Ukrayna yüklərin daşınmasını daha az ötürmə qabiliyyətinə malik olan Dunay limanlarına, eləcə də ölkənin qərb sərhədindəki dəmir yolu keçidlərinə yönəltmək məcburiyyətində qalıb.
Mənbə: qafqazinfo.az