İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib.
Bu barədə hökumət rəhbərinin dəftərxanası məlumat yayıb.
Səfər çərçivəsində Netanyahu İsrail hərbçiləri, habelə Ordunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ilə görüşüb.
Baş nazir Qəzzadakı vəziyyətlə bağlı diqqətçəkən bəyanat da verib:
“Biz sektorun 60%-nə nəzarət edirik və bu rəqəm daha da artacaq. Çünki biz bizə təhdid yaradan terrorçuları hər gün məhv edirik. Bir gün əvvəl İsrail qoşunları HƏMAS-ın daxili təhlükəsizlik rəhbərini ələ keçirib. Bu həbsin orduya yeni və vacib məlumatlar əldə etməyə imkan verəcəyinə ümid edirəm. Qoşunlarımız da HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın demilitarizasiyası üçün mümkün olan hər şeyi etməkdə davam edir”.
Xatırladaq ki, bir qədər əvvəl İsrailin 200-dən çox keçmiş yüksəkçinli məmuru, hərbçisi və müxtəlif sahə nümayəndələri Baş nazir Benyamin Netanyahuya “misli görünməmiş” çağırışla müraciət ünvanlamışdılar. Onlar hökumət rəhbərini “yəhudi terrorizmi”ni və “etnik təmizləmələri” dayandırmağa çağırmışdılar.
Mənbə: qafqazinfo.az