İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib

İran sərhədçiləri 382 min litr dizel daşıyan gəmini ələ keçirib

İranın Abadan şəhərinin sərhədçiləri Fars körfəzinin şimal sularında 382 min litr qaçaq dizel daşıyan gəmini saxlayıb.

Bu barədə IRIB məlumat yayıb.

"Gəminin göyərtəsindəki 11 xarici şübhəli həbs edilib", - məlumatda bildirilib.

Bununla yanaşı, Hörmüz boğazında da gəmi partlayışı qeydə alınıb. Ətraflı məlumat açıqlanmayıb.


Mənbə: yenisabah.az