Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş üzvlüyünə qarşı çıxıb.
Bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban bildirib.
“Biz heç bir halda sürətləndirilmiş üzvlük prosedurunu dəstəkləmirik”, - o vurğulayıb.
Orbanın sözlərinə görə, Ukrayna nə vaxtsa Aİ-yə üzvlüklə bağlı danışıqlar mərhələsinə çatarsa, yekun qərarı Macarıstan vətəndaşları referendum yolu ilə verəcəklər.
Mənbə: publika.az