ABŞ Prezidentinin elçisi Stiven Uitkoff və Ağ Ev rəhbəri Donald Trampın kürəkəni Cared Kuşner 6 sentyabrda Kiyevə səfər edəcəklər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da məlumat verib.
"Bu gün artıq Amerika nümayəndələrinin yaxın günlərdə Ukrayna və Rusiyada olacağı dəqiq müəyyən edilib. Bu gün Stiv Uitkoff və Cared Kuşnerin bazar günü Moskva və Kiyevə səfər edəcəklərini müzakirə etdik", - deyə o, videomüraciətində bildirib.
Mənbə: unikal.az