Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqını sərt tənqid edərək, onun Gürcüstana yanaşmasını ümidsiz adlandırıb.
Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
"Brüssel müharibənin bitdiyini anlamayan və hələ də hərbi əməliyyatlar planlaşdıran bir əsgər kimidir. Brüsselin illüziyalar dünyasından çıxmasının vaxtıdır", - deyə siyasətçi bəyan edib.
O, Cenevrədəki Aİ nümayəndəsi Mişel Servon d'Ursonun Gürcüstanda “artan repressiyalar” barədə dediklərinə cavab olaraq bildirib ki, əgər Brüssel Tbilisi ilə münasibətləri normallaşdırmaq istəyirsə, aqressiv ritorikanı dayandırmalı və diplomatiyanın əsas prinsiplərinə - faktlara hörmətə, Gürcüstanın suverenliyinə və gürcü xalqının demokratik seçiminə üstünlük verməlidir.
Müəllif: Tural
Mənbə: publika.az