“Rusiya Ukrayna ilə danışıqlar aparmağa açıqdır, lakin bununla yanaşı, xüsusi hərbi əməliyyatı dayandırmaq niyyətində deyil”.
“RİA Novosti”yə istinadla xəbər verilir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Xoş niyyətimiz kifayət qədərdir. Biz hələ də danışıqlara hazırıq. Lakin danışıqlar müddətində xüsusi hərbi əməliyyat dayandırılmayacaq”, – diplomat vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski görüş keçirmək istəyirsə, Moskvaya gələ bilər. Xarici işlər nazirinin sözlərinə görə, bu, Rusiya üçün əhəmiyyətli bir addım olardı, çünki Zelenski hələ də danışıqları qadağan edən fərmanı ləğv etməyib.
Mənbə: bizim.media