Gürcüstanın keçmiş dövlət naziri həbs edildi

Gürcüstanın keçmiş dövlət naziri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə keçmiş dövlət naziri, vətənə xəyanətdə təqsirləndirilən Georgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib.

Bu barədə "İnterpressnews" agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Baramidzeni sentyabrın 11-də Tbilisidə saxlayıblar. Baş Prokurorluğun məlumatına görə, sabiq məmur dövlətə xəyanətdə - konkret olaraq Cinayət Məcəlləsinin sabotajla bağlı maddəsi üzrə - ittiham olunur. Bu maddə dörd ilədək həbs cəzasını nəzərdə tutur.

Gürcüstan parlamenti 2025-ci ilin yazında vətənə xəyanət maddəsini yenidən Cinayət Məcəlləsinə daxil edib. Analoji maddə 1991-ci ildən qüvvədə olub və 2007-ci ildə ləğv edilib. Yeni redaksiyada bu norma sabotaj da daxil olmaqla Cinayət Məcəlləsinin 10 maddəsini birləşdirir. Həmin maddələrdən birinin və ya bir neçəsinin pozulması eyni zamanda vətənə xəyanət ittihamı ilə nəticələnir. Vətənə xəyanətə görə ayrıca həbs cəzası nəzərdə tutulmayıb. Qanun qəbul edildikdən sonra bu maddə üzrə hələlik heç bir məhkumluq halı qeydə alınmamışdı.

Mənbə: oxu.az