Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşanın Kalininqradla bağlı bəyanatına cavab verib.
Peskov "İzvestiya"ya verdiyi müsahibədə Rusiyanın Kalininqrad bölgəsini qorumaq üçün lazım olan hər şeyi etdiyini deyib.
Onun bu şərhi Polşanın xarici işlər naziri Radoslav Sikorskinin NATO-ya çağırışı, alyansın Kalininqradla sərhəddə təlimləri gücləndirməsinin vacibliyi ilə bağlı açıqlamasına cavab olub.
Kremlin sözçüsü deyib: "Biz Rusiyanın bu vacib bölgəsinin təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görürük".
Qeyd edək ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski NATO-nu Kalininqrad vilayəti yaxınlığında "aqressiv təlimlər" keçirməyə çağırıb. O, rəsmi Varşavanın Rusiya bölgəsi sayılan bu ərazidəki vəziyyəti yaxından izlədiyini və Kalininqrad vilayətində demək olar ki, heç bir qoşunun olmadığını bildirib.
Mənbə: publika.az