Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı

Yapon dənizində nə baş verir? -

Tokioda Koreya Xalq Demokratik Respublikasından (KXDR) Yapon dənizi istiqamətində ballistik raketin buraxıldığını bildiriblər.

Bu barədə NHK Yaponiya Dəniz Təhlükəsizliyi İdarəsinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, bir neçə dəqiqə sonra sursat Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Qeyd edək ki, bundan əvvəl raketin buraxılması barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat yaymışdı. Hərbçilər uçuş məlumatlarını, o cümlədən məsafəni təhlil edirlər. Seulun qiymətləndirmələrinə görə, KXDR sentyabrın 12-də qısa mənzilli ballistik raket buraxıb.

Həmçinin bu gün "Yonhap" xəbər agentliyi Şimali Koreyanın Yapon dənizinə doğru naməlum mərmi attığını yazıb.

Mənbə: publika.az