İran prezidentindən ABŞ-yə sərt mesaj: “Hörmüz açılmayacaq”

İran prezidentindən ABŞ-yə sərt mesaj: “Hörmüz açılmayacaq”

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin sanksiyaları və dəniz blokadası davam etdiyi müddətdə Hörmüz boğazından sərbəst keçidə icazə verilməyəcəyini bildirib.

“Bakupost” xəbər verir ki, Pezeşkian BMT Baş Assambleyasındakı çıxışında İranın ABŞ ilə müharibəni diplomatik yolla başa çatdırmaq üçün danışıqlara hazır olduğunu, lakin təhdid və təzyiqləri qəbul etməyəcəyini deyib.
Onun sözlərinə görə, İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin dinc məqsədlər üçün nüvə texnologiyasından istifadə hüququndan imtina etməyəcək.
Pezeşkian həmçinin Hörmüz boğazının açılması məsələsində ABŞ-nin dəniz blokadasını aradan qaldırmasını və İrana qarşı tətbiq olunan sanksiyaların dayandırılmasını əsas şərtlər sırasında göstərib.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: www.bakupost.az