Qazaxıstanda Xəzər dənizində keçirilən təlimlər zamanı 9 hərbçi həlak olub.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 19 hərbi qulluqçu təlimlər zamanı dənizə aparılıb, onlardan doqquzu həlak olub.
Qazaxıstan Baş Prokurorluğunda fakt üzrə istintaq qrupu yaradılıb.
Hadisənin bütün hallarını hərtərəfli, tam və obyektiv şəkildə müəyyən etmək üçün bir sıra istintaq hərəkətləri aparılır. Lazımi məhkəmə-tibbi ekspertizaları təyin edilib.
İstintaqın gedişatı xüsusi nəzarət altındadır.
Qeyd edək ki, 24 sentyabr Xəzərdə “Xəzər qorğanı – 2026” təliminin keçirilirdi. Qazaxıstan Müdafiə Nazirliyi sentyabrın 24-də Xəzər dənizi sahilindəki Manqistau bölgəsində keçirilən hərbi dəniz təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən dəniz dalğalarının 19 hərbçini apardığını bildirmişdi.
Mənbə: bizim.media