MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibətlərinin dərin tarixi köklərə və ortaq taleyə malik olduğunu bildirib.
GünazTV-yə istinadən xəbər verilir ki, o, Qarabağ müharibəsi dövründə Türkiyə cəmiyyətinin həmrəylik və həyəcanını xatırladaraq, türk xalqının hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
İlyas Topsakal jurnalistlərə müraciət edərək iki qardaş xalq arasında süni məsafələr yaratmamağa və münasibətləri məhz bu tarixi kontekstdə qiymətləndirməyə çağırıb.
Mənbə: musavat.com