Minlərlə Britaniya və Fransa əsgəri NATO ərazisi sayılan bölgələri hücumlardan qorumaq üçün genişmiqyaslı hava-desant təlimlərində iştirak edib.
Mediada yayılan xəbərlərdə qeyd edilir ki, "Rhino Titan" adlanan təlim son 20 ilin ən böyük hərbi-hava əməliyyatlarından biri olub və bu təlimlərdə Britaniya və Fransa desant qüvvələri Almaniya üzərindən paraşütlə tullanıblar. Desant qüvvələri Britaniya nəqliyyat təyyarələrindən istifadə ediblər.
Həmçinin Böyük Britaniyanın 16-cı Hava-Desant Briqadası da dronlar və digər radioelektron mübarizə sistemləri ilə təchiz olunmuş düşmənə qarşı döyüş imkanlarını sınaqdan keçirib. Nəşr qeyd edib ki, Rusiya bu cür texnologiyalardan NATO-ya qarşı istifadə edə bilər.
Təlimlərdə ümumilikdə 600 Britaniya və Fransa desant qüvvəsi də daxil olmaqla, təxminən 2500 hərbçi iştirak edib.
Müəllif: Tural
Mənbə: publika.az