Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək

Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək

Fransa Rusiyaya qarşı çəkindirmə strategiyasını genişləndirir. Nüvə silahı daşıyan qırıcılar Avropanın müxtəlif ölkələrində yerləşdirilə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “qabaqcıl çəkindirmə” (və ya "ön xətdə çəkindirmə") adlandırılan plan çərçivəsində nüvə silahı ilə təchiz edilmiş Fransanın “Rafale” qırıcılarının Avropanın müxtəlif bölgələrində yerləşdirilməsi nəzərdə tutulur.

Plan, həmçinin yeni infrastrukturun və rabitə vasitələrinin yaradılmasını, erkən xəbərdarlıq sistemlərinin qurulmasını, eləcə də müttəfiqlərlə kəşfiyyat məlumatlarının mübadiləsini əhatə edir.

Məlumata görə, strategiyanın əsas məqsədi Rusiya üçün “strateji qeyri-müəyyənlik” yaratmaqdır.

Fransa prezidenti Emmanuel Makronun strateji məsələlər üzrə müşaviri Ksavye Şatel bildirib ki, bu addım rəqib üçün yeni çətinliklər yaradacaq.

"Bu, düşmən üçün yeni çətinliklər yaradır, çünki rusların nəzərə almalı olacağı daha bir mürəkkəblik qatı əlavə edir", - deyə o vurğulayıb.

Müəllif: Adəm

Mənbə: publika.az