Tehrandan İsraildəki seçkilərlə bağlı SƏRT REAKSİYA - "Bizim üçün heç bir fərqi yoxdur"

Tehrandan İsraildəki seçkilərlə bağlı SƏRT REAKSİYA -

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmaill Baqai keçirdiyi həftəlik mətbuat konfransında İsraildə keçiriləcək parlament seçkilərinin nəticələrinin Tehran üçün heç bir əhəmiyyət kəsb etmədiyini bəyan edib.

İran rəsmisi İsrail siyasətçilərinin hakimiyyətə gəlmək üçün bir-biri ilə "daha çox cinayət törətmək" yarışına girdiklərini iddia edib.

Baqai vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib olmayıb və onu yaratmağa can atmayıb. O, ABŞ-nin 2015-ci ildə bağlanan Nüvə Sazişindən (JCPOA) təkbaşına çıxdığını və İrana qarşı genişmiqyaslı sanksiyalar tətbiq etdiyini xatırladaraq, Vaşinqtonun Tehranı əsassız yerə hərbi müdaxilələr üçün bəhanə kimi nüvə silahı hazırlamaqda ittiham etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ hətta İranın nüvə proqramının məhv edildiyini bəyan etməsindən aylar keçməsinə baxmayaraq, eyni ittihamları təkrar etməkdə davam edir.

Avropa ölkələrinin Tehrana danışıqlar barədə təkliflər göndərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən XİN sözçüsü qeyd edib ki, İran tərəfi dialoqun vacibliyini vurğulayan ümumi bəyanatlardan başqa heç bir konkret təşəbbüs və ya layihə almayıb.

Mənbə: musavat.com