Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Bakı, 4 noyabr, AZƏRTAC

Şimali Koreya Vaşinqtonla dialoqa ehtiyac görmür.

AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Conqun bəyanatında bildirilib. Bəyanat Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən yayımlanıb.

Kim Yo Conqun sözlərinə görə, ABŞ dialoq və münasibətlərin yaxşılaşdırılmasından danışsa da, eyni zamanda hərbi təlimləri və müttəfiqlik əlaqələrini gücləndirir.

O vurğulayıb ki, Vaşinqtonun qarşıdurma siyasətindən imtina etməsi iki ölkə arasında mövcud problemlərin həlli üçün əsas şərtdir.

Şimali Koreya rəsmisi, həmçinin bildirib ki, dialoq sülhün təmin edilməsi vasitəsi olsa da, bu, ölkəsinin milli maraqları ilə uzlaşmalıdır.

Mənbə: azertag.az