Avropanın bütün proqnozlarına baxmayaraq, Rusiya Ukrayna münaqişəsində qalib gəlir.
Bizim.Media RIA Novosti-yə istinadən xəbər verir ki, bunu Almaniyadan olan Avropa Parlamentinin deputatı Mixael fon der Şulenburq bildirib.
“Biz deyirdik ki, Avropanın əhalisi daha çoxdur, iqtisadiyyatı daha güclüdür, ruslardan daha çox qoşunu var. Deməli, biz qalib gələcəyik. İndi isə birdən-birə əslində məğlub olduğumuzu dərk etdik”- deyə deputat qeyd edib.
Bundan əvvəl britaniyalı hərbi ekspert Aleksandr Merkuris Rusiya Silahlı Qüvvələrinin Ukraynada qələbəyə doğru davamlı irəlilədiyini qeyd etmişdi.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Ukraynadakı silahlı münaqişənin başa çatmağa doğru getdiyini bildirmişdi.
O, həmçinin avropalıların Ukrayna böhranının nizamlanmasına yanaşmasından danışaraq, bu məsələdə mövqelərinin daha ciddi xarakter aldığını vurğulamışdı.
Mənbə: bizim.media