Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar üçün Əbu-Dabiyə yola düşdü

Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar üçün Əbu-Dabiyə yola düşdü

Rusiya və Ukrayna nümayəndə heyətləri ABŞ-nin vasitəçiliyi ilə münaqişənin həlli üzrə danışıqların yeni mərhələsində iştirak etmək üçün Əbu-Dabiyə yola düşüblər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Görüşlərin noyabrın 10-11-də keçirilməsi planlaşdırılır. Bu, fevral ayından bəri ilk üçtərəfli danışıqlar olacaq.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edəcək. ABŞ-ı danışıqlarda Stiv Uitkoff və Cared Kuşner təmsil edəcəklər.

Görüşdə təhlükəsizlik zəmanətləri, hərbi əməliyyatların dayandırılmasından sonrakı vəziyyət, deeskalasiya və humanitar məsələlərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu formatda əvvəlki iki görüş 2026-cı ilin yanvar və fevral aylarında Əbu-Dabidə keçirilib. Fevral görüşündən sonra tərəflər 314 hərbi əsirin mübadiləsinə nail olublar. Daha sonra nümayəndə heyətləri 17-18 fevral tarixlərində Cenevrədə görüş keçiriblər.

Mənbə: publika.az