Rusiyanın BMT-dəki nümayəndəsindən Avropaya təhdid: “Müharibəyə başlasa…” - Video

Rusiyanın BMT-dəki nümayəndəsindən Avropaya təhdid: “Müharibəyə başlasa…” -

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Brüsseli diplomatiya ilə hərbi avantüraları ayırd edə bilməməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, o bildirib ki, Avropada sağlam düşüncə rusofobiyanın qurbanına çevrilib.

Nebenzya əlavə edib ki, Avropa ölkələri Ukraynadakı korrupsiya faktlarına tamamilə göz yumur, Kiyev rejimini müdafiə edir və onu silah və maliyyə ilə təmin etməyə davam edirlər.
 

Onun sözlərinə görə, adi avropalılar artıq illərdir aldadıldıqlarını və “Şərqdən gələn təhlükə” ilə qorxudulduqlarını anlamağa başlayırlar. Diplomat vurğulayıb ki, Moskva ilə ticarət-iqtisadi əlaqələrin kəsilməsi və Kiyevə dəstək Avropa vətəndaşlarının büdcəsinə ağır yük qoyub.


Rusiyanın BMT-dəki daimi nümayəndəsi ölkəsinin Avropa İttifaqı ilə silahlı qarşıdurma istəmədiyini də bildirib:

“Ölkəmiz dəfələrlə bəyan edib ki, Avropa ilə silahlı toqquşmaya can atmır. Lakin Avropa dövlətləri özləri müharibəyə başlayarlarsa, qarşıdurmanın xarakteri prinsipial olaraq fərqli olacaq və hadisələr sürətlə inkişaf edə bilər”.

Mənbə: bizim.media