ABŞ tarixində ilk müsəlman senator seçilən misirəsilli Əbdül əl-Sayed müdafiə naziri Pit Heqseti İranla müharibəni uğursuz idarə etməkdə ittiham edərək istefaya çağırıb.
Sayed CNN telekanalına açıqlamasında Heqsetin vəzifəsinin öhdəsindən gələ bilmədiyini və müharibədə hansı məqsədi güddüyünün aydın olmadığını bildirib.
Qeyd edək ki, respublikaçı konqresmen Tomas Massi daha əvvəl Heqsetin impiçmenti ilə bağlı 8 maddədən ibarət təklif təqdim edib.
Lakin noyabrın 10-da ABŞ Nümayəndələr Palatası müdafiə nazirinin vəzifədən kənarlaşdırılmasına yönələn impiçment təşəbbüsünün qarşısını alan qərarı 211 lehinə, 204 əleyhinə səslə qəbul edib.
Mənbə: bizim.media