İran Argentina Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini terror təşkilatları elan edib.
Bu barədə “Press TV” məlumat yayıb.
"İran Buenos-Ayresin İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatı kimi tanımaq qərarına cavab olaraq Argentina Hərbi Dəniz Qüvvələrini və Hərbi Hava Qüvvələrini terror təşkilatları kimi tanıyıb", - məlumatda deyilir.
Aprel ayında Argentina Xarici İşlər Nazirliyi Argentinanın İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatı elan etdiyini açıqlamışdı.
Mənbə: publika.az