Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqına (Aİ) Rusiya ilə danışıqlarda təmsilçi seçmək üçün qeyri-adi üsul təklif edib.
Zaxarova Danimarkanın baş naziri Mette Frederiksenin Avropanı Rusiya ilə danışıqlarda təmsil etməkdən imtina etməsinə münasibət bildirib.
O, bu vəzifənin Avropa institutlarına həvalə edilməsini təklif edən xəbəri “Telegram” kanalında paylaşaraq Aİ-yə nümayəndəni “daş-kağız-qayçı” oyunu ilə müəyyənləşdirməyi məsləhət görüb.
“Daş-kağız” oynamağa hələ başlamayıblar?” - deyə Zaxarova istehza ilə yazıb.
Müəllif: Adəm
Mənbə: publika.az