Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə artıq sabah görüşəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Ukrayna lideri bu haqda öz teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Ukrayna danışıqlar qrupu üzvləri ona Əbu-Dabidə Amerika və Rusiya tərəfləri ilə keçirilən görüşlərin nəticələri, həmçinin Birləşmiş Ərəb Əmirliklərində olan Avropalı tərəfdaşlarla əlaqələndirmə işləri barədə məlumat veriblər.
Mənbə: qafqazinfo.az