Ərdoğanın imzası olmadan dəvət edildi - Xristodulidisin Türkiyə səfərinin PƏRDƏARXASI

Ərdoğanın imzası olmadan dəvət edildi -

Türkiyənin ev sahibliyi etdiyi COP31 Liderlər Zirvəsi çərçivəsində Cənubi Kipr Rum Administrasiyasının (GKRY) lideri Nikos Xristodulidisin dəvət prosesi diqqət çəkib.

Bu barədə Yunanıstanın “Kathimerini” nəşri məlumat yayıb.

Bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına (Aİ) üzv olan 26 ölkənin liderinə zirvədə iştirak etmələri üçün şəxsən dəvət məktubu göndərib. Lakin Xristodulidis həmin siyahıya daxil edilməyib.

Məsələ GKRY-nin Aİ yanında daimi nümayəndəsi Yorqos İoannidis tərəfindən Aİ Daimi Nümayəndələr Komitəsində (COREPER) gündəmə gətirilib. O, aparılan təmaslara baxmayaraq, Türkiyədən rəsmi dəvət almadıqlarını bildirib.

Bundan sonra, oktyabrın 9-da yeni dəvət prosesi başladılıb. COP31-in təşkilat komitəsi Brüssel vasitəsilə Aİ-nin bütün 27 üzvünə, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Antonio Koştaya dəvət göndərib.

Lakin Xristodulidisə göndərilən dəvət məktubunda Ərdoğanın imzası olmayıb. Bununla da Türkiyə GKRY-ni dövlət kimi tanımamaq siyasətini dəyişmədən onun zirvədə iştirakını təmin edib.

Həmçinin məlumata görə, Xristodulidis noyabrın 10-da Antalyaya yola düşərkən Türkiyəyə birbaşa uçmayıb, Yunanıstanın Rodos adası üzərindən səfər edib. Noyabrın 11-12-də keçirilən Liderlər Zirvəsində onu BMT-nin Baş katibi Antonio Quterreş qarşılayıb. Türkiyə Prezidenti isə qarşılama mərasimində iştirak etməyib.

Müəllif: Roza

Mənbə: publika.az