Rey Kərimoğlu Mətbuat Şurasının NTK sədri seçildi - Foto

Rey Kərimoğlu Mətbuat Şurasının NTK sədri seçildi -

Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının (NTK) yeni tərkibinin ilk iclası keçirilib.

Toplantını giriş sözü ilə açan komissiya üzvü Rey Kərimoğlu gündəlik barədə məlumat verib.

O bildirib ki, ölkə jurnalistlərinin bu il keçirilmiş IX qurultayında NTK-nın 5 nəfərdən ibarət tərkibi seçilib.

Şuranın Nizamnaməsinə əsasən qurumun sədri və katibi müəyyənləşib.

Rey Kərimoğlu yenidən NTK-nın sədri, Nadir İsmayılov isə katibi seçilib.

Mənbə: qafqazinfo.az