Tramp İranla müharibənin başa çatdığını elan etdi

Tramp İranla müharibənin başa çatdığını

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin faktiki olaraq başa çatdığını bəyan edib.

Bu barədə “The Hill” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, hərbi əməliyyatların intensivliyi azalsa da, ABŞ münaqişəyə hər ay 2-3 milyard dollar xərcləməkdə davam edir.

Konqresin Büdcə İdarəsinin məlumatına əsasən, oktyabrın 16-na olan vəziyyətə görə, müharibənin ABŞ üçün ümumi xərci 47,1 milyard dollara çatıb.

Bununla yanaşı, İranın zərbələri nəticəsində ABŞ-ın hərbi obyektlərinə dəyən ziyanın 65 milyard dolları ötdüyü qiymətləndirilir.

Mənbə: bizim.media