Rusiyada təhsil alan əcnəbilərlə bağlı yoxlama aparıla bilər

Rusiyada təhsil alan əcnəbilərlə bağlı yoxlama aparıla bilər

Rusiyanın ali təhsil müəssisələrində və texnikumlarında əcnəbi tələbələrin qəbul prosesi, tədris proqramları, qiymətləri və aralıq attestasiya nəticələri yoxlanıla bilər.

"İzvestiya"ya istinadən xəbər verilir ki, "Rusiya Federasiyasında təhsil haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim olunmaq üçün hazırlanıb.
Gözlənilir ki, belə yoxlamaların tətbiqi xarici vətəndaşların dərslərdə həqiqətən iştirak edib-etmədiyini və tədris planını mənimsədiyini dəqiq qiymətləndirməyə imkan verəcək.
"Hazırda əcnəbi tələbələr Rusiyada ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və sonrakı təhsil ilə bağlı xidmətlərdən yararlana bilirlər. Bu, onlara ölkəyə daxil olmaq və müvəqqəti yaşamaq icazəsi əldə etmək imkanı verir, lakin bu heç də hər zaman real təhsil prosesi ilə əlaqədar olmur", - deyə təşəbbüsün müəlliflərindən biri vurğulayıb.
Bildirilir ki, hazırda təhsil vizası bəzi əcnəbilər üçün sadəcə Rusiya ərazisində qalmağı qanuniləşdirmək üçün rahat bir vasitəyə və ölkəyə gəlişin əsl məqsədi olan əmək fəaliyyəti və qazanc əldə etmək niyyətini gizlətmək üsuluna çevrilir.

Mənbə: www.bakupost.az