“Ermənistanın Rusiya ilə hər hansı barışıq gündəliyi yoxdur”.
Bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Baş nazir Nikol Paşinyanın dekabr ayında Rusiyaya planlaşdırılan səfərlərinin barışıq gündəliyi ilə bağlı olub-olmaması barədə suala cavabında deyib.
Rubinyan Ermənistanın heç kimlə münaqişədə olmadığını və buna görə də barışıq gündəliyinə ehtiyac duymadığını bildirib:
“Biz heç kimlə küsülü deyilik ki, barışıq gündəliyimiz olsun”.
Rubinyanın sözlərinə görə, Ermənistanın tərəfdaşları ilə bütün məsələləri dostluq və tərəfdaşlıq mühitində həll etmək gündəliyi var.
Mənbə: bizim.media