Ermənistan Türkiyə ilə birlikdə Marqara istiqamətində ikinci körpünün tikintisini planlaşdırır.
Bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan bu gün hökumətin iclasında bildirib.
O, həmçinin Axurik və Yeraşx dəmir yolu qovşaqlarının təmiri və modernləşdirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkənin qarşısında yeni perspektivlərin açıldığını bildirib.
Mənbə: bizim.media