Serbiya parlamentinin yeni sədri seçildi

Serbiya parlamentinin yeni sədri seçildi

"Tələbə siyahısı"nın namizədi Aleksandar Çupiçi Serbiya parlamentinin yeni sədri seçilib.

Bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Qeyd olunur, səsvermədə iştirak edən 239 deputatdan 140-ı Çupiçin, 97-si isə "Aleksandar Vuçiç – Serbiya qalib gəlir" deputat qrupunun namizədi Stoyan Radenoviçin lehinə səs verib.

Seçkidən sonra Aleksandar Çupiç parlamentin təsis iclasına sədrlik etməyə başlayıb.


Mənbə: unikal.az