ABŞ-nin dəniz blokadası yarılmalıdır - Arakçi

ABŞ-nin dəniz blokadası yarılmalıdır -
İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-nin ölkəsinə qarşı tətbiq etdiyi dəniz blokadasının yarılmalı olduğunu bildirib.
Xarici mətbuata istinadən xəbər verilir ki, Tehranda jurnalistlərə açıqlama verən nazir İranın neft ixracı və danışıqlar istiqamətində bütün səyləri göstərdiyini qeyd edib.
İranın neft tankerləri vasitəsilə blokadanı yarmağa hazırlaşması ilə bağlı xəbərləri şərh edən Arakçi bunun zəruriliyini vurğulayıb.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibədən sonra Tehran martın 2-də Hörmüz boğazını bağlayıb. Buna cavab olaraq ABŞ aprelin 13-də İrana qarşı dəniz blokadasına başlayıb. Nəticədə İranın neft ixracı ciddi şəkildə məhdudlaşıb.
Gülay

Mənbə: azxeber.com