Vaşinqton və Təl-Əviv yaxın vaxtlarda İrana qarşı yeni birgə hərbi əməliyyat keçirmək imkanlarını müzakirə edirlər.
Bu barədə müzakirələrin gedişindən xəbərdar olan mənbələr CBS News-a məlumat verib.
Mənbələrin bildirdiyinə görə, İsrail rəhbərliyi İranın ballistik raket istehsalını bərpa etməsinin sürətindən, eləcə də Tehranın hərbi və nüvə infrastrukturunu yeraltı obyektlərə köçürməklə gücləndirməsindən narahatdır.
Mənbə: bizim.media