Bakı.Trend:
Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan işgüzar səfərlə Rusiyaya gedib.
Bu barədə "Armenpress" məlumat yayıb.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Qriqoryan noyabrın 24-25-də Moskvada Rusiya Baş nazirinin müavini Aleksey Overçukla işgüzar görüş keçirəcək.
O, həmçinin Avrasiya İqtisadi Komissiyası Şurasının növbəti iclasında iştirak edəcək.
Mənbə: az.trend.az