Seksual qalmaqal ABŞ-ı silkələdi - Konqresmen istefa verir

Seksual qalmaqal ABŞ-ı silkələdi -

ABŞ-ın Kaliforniya ştatından seçilmiş demokrat konqresmen Cimmi Qomes Konqres əməkdaşına qarşı seksual xarakterli qanunsuz davranışlarla bağlı araşdırmadan sonra istefa verəcəyini açıqlayıb.

Nümayəndələr Palatasının ikipartiyalı Etika Komitəsi bazar ertəsi Qomeslə bağlı araşdırmanın nəticələrini açıqlayıb. Hesabatda onun seksual qısnama törətdiyinə dair əhəmiyyətli sübutların aşkarlandığı bildirilib.

Qomes komitənin hesabatının ciddiliyini qəbul etdiyini və nikahdankənar münasibətlər zamanı yol verdiyi şəxsi səhvlərə görə məsuliyyəti üzərinə götürdüyünü qeyd edib. Bununla belə, o, komissiyanın nəticələri ilə ciddi fikir ayrılıqlarının olduğunu vurğulayıb.

Konqresmen dekabrın 1-dən istefa verəcəyini açıqlayıb və başqa alternativ görmədiyini deyib.

Qeyd edək ki, qalmaqal apreldə mətbuatda Qomesin Nümayəndələr Palatasının aparatında çalışan qadın əməkdaşla ictimai tədbirdə öpüşdüyü barədə məlumatların yayılmasından sonra başlayıb. Etika Komitəsi bununla bağlı araşdırmaya başlayıb.

Qomes hadisənin qarşılıqlı razılıq əsasında baş verdiyini iddia etsə də, qadının ifadəsi onun versiyasından kəskin şəkildə fərqlənib. Zərərçəkmiş iki zorakı xarakterli insidentin baş verdiyini bildirib.

Komitə, həmçinin konqresmenin daha bir həmkarı ilə nikahdankənar münasibətdə olduğunu təsdiqləyib.

Müəllif: Adəm

Mənbə: publika.az