"Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri əvvəlcədən razılaşdırılıb və hazırlıqlar gedir".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov jurnalistlərə Paşinyanın Rusiyaya səfərinin gözlənilib-gözlənilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, "Biz səfərə hazırlaşırıq; bu barədə əvvəlcədən razılaşdırılmışdı. Əlavə açıqlama verəcəyik".
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri dekabrın 3-nə planlaşdırılıb.
Mənbə: unikal.az