Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən uzunmüddətli büdcəsinin azaldılması məsələsində fərqli mövqelər nümayiş etdiriblər.
Bu barədə “EUobserver” nəşri məlumat yayıb.
“Avropa Komissiyasının təklif etdiyi layihə ilə müqayisədə büdcənin azaldılması bir neçə yüz milyard avro təşkil etməlidir”, – deyə nəşr Mertsin sözlərini sitat gətirib.
Almaniya kansleri Avropa Şurasının sədri Antonio Koştanın təklif etdiyi kompromis variantına baxmayaraq, xərclərin daha da azaldılmasını müdafiə edib. Həmin kompromis artıq büdcənin Avropa Komissiyasının ilkin layihəsi ilə müqayisədə 204 milyard avro azaldılmasını nəzərdə tuturdu.
Fransa Prezidenti Emmanuel Makron isə təklif olunan ixtisarı “strateji səhv” adlandırıb.
Onun fikrincə, maliyyələşmənin daha da azaldılması Avropada dövlət investisiyalarının həcminin Çinlə müqayisədə aşağı düşməsinə səbəb olacaq.
Mənbə: www.aznews.az