İran Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlara görə İsrailə qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Chafi məlumat yayıb.
O, həmçinin qeyd edib ki, iddianın hazırlanması üçün artıq xüsusi komissiya yaradılıb:
“İş Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sammitinin qətnaməsinə uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsinə veriləcək”.
Mənbə: bizim.media