ABŞ BMT nümayəndəsinə sanksiya tətbiq etdi

ABŞ BMT nümayəndəsinə sanksiya tətbiq etdi

ABŞ BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanezə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.

“Bu gün mən BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albaneze Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ və İsrail rəsmilərinə, şirkətlərinə və liderlərinə qarşı qanunsuz və biabırçı addımlar atmaq cəhdlərinə görə sanksiyalar tətbiq edirəm”, - deyə Rubio qeyd edib.

Rubio Albanezenin fəaliyyətini iki dövlətə qarşı siyasi və iqtisadi müharibə adlandırıb. Dövlət katibi bildirib ki, Vaşinqton həmişə özünümüdafiə hüququnda tərəfdaşları dəstəkləyəcək.


Mənbə: unikal.az