Rusiyanı cilovlamaq üçün ABŞ İsveçlə bir sıra hərbi bazalardan istifadəyə dair saziş bağlamağı planlaşdırır.
APA-nın yerli “GP” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İsveç Müdafiə Araşdırmaları Agentliyinin müdafiə siyasəti üzrə eksperti Robert Dalso bildirib.
"Belə bir razılaşmaya girməklə, biz buraya gəlib Rusiyanı cilovlamaqda bizə kömək etmək istəyənlər üçün bürokratik maneələri azaldırıq" - Robert Dalso bildirib.
Mənbə: apa.az